Zaxarova Vaşinqtonun yeni sanksiyalarına münasibət bildirib
ABŞ-ın hərəkətləri cavabsız qalmayacaq.
Polise.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a Vaşinqtonun Rusiyaya tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirərkən deyib.
“Həmişə olduğu kimi, Rusiya ABŞ-ın aqressiv hərəkətlərini cavabsız qoymayacaq”, – o deyib.
Qeyd edək ki, ABŞ Ukraynadakı hərbi əməliyyatla əlaqədar Rusiya və Çindən olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.
Polise.az