Zaxarovadan Əsədə dəstək: “Sizinlə həmrəyik”

Moskva Dəməşqlə (Bəşər Əsəd hökuməti ilə) həmrəy olduğunu bildirir və bu ölkədə vəziyyətin gərginləşməsi ilə əlaqədar Suriya məsələsində təsiri olan tərəflərin durumun sabitləşməsinə kömək edəcəyinə ümid edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

‘‘Bu çətin vəziyyətdə Suriya rəhbərliyi və xalqı ilə həmrəyliyimizi bildiririk. Suriya Respublikasının suverenliyi, birliyi və ərazi bütövlüyünə sadiqliyimizi bir daha təsdiqləyirik. Suriya ərazisində vəziyyətə təsir göstərən bütün ölkələrin bu imkanlarından təhlükəsizlik və sabitliyin sürətli bərpası üçün istifadə edəcəklərinə ümid edirik”,- rusiyalı diplomat vurğulayıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button