Zaxarovadan şok bəyanat: “Xameneyinin qətli alçaq bir cinayətdir”

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova martın əvvəlində verdiyi bəyanatda ABŞ və İsrailin Yaxın Şərqdə həyata keçirdiyi hərbi əməliyyatları kəskin tənqid edərək, bu addımları beynəlxalq hüquqa qarşı birbaşa hücum kimi qiymətləndirib.

Polise.az xəbər verir ki, Zaxarova İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyinin və digər yüksək rütbəli rəhbərlərin qətlə yetirilməsini beynəlxalq hüquq normalarının alçaqcasına tapdalanması adlandırıb.

Rusiya rəsmisi vurğulayıb ki, Vaşinqton və Tel-Əviv özbaşınalıq edərək bölgəni getdikcə daha dərin xaos və qan uçurumuna sürükləyir. Zaxarovanın fikrincə, illərdir süni şəkildə gündəmdə saxlanılan “İran təhdidi” əslində Tehranda konstitusiyalı quruluşu zorakılıqla devirmək və hakimiyyəti dəyişmək planlarını reallaşdırmaq üçün uydurulmuş bir bəhanədən başqa bir şey deyil.

O, həmçinin hərbi əməliyyatların müqəddəs Ramazan ayı ərəfəsində və dinc əhalinin, o cümlədən uşaqların ölümü ilə müşayiət olunmasına diqqət çəkərək, Qərbin bu insanlıq faciəsinə səssiz qalmasını riyakarlıq adlandırıb. Rusiya XİN rəsmisi əlavə edib ki, bu cür təcavüzkar siyasət yalnız bölgəni deyil, bütün qlobal təhlükəsizlik sistemini sarsıdır və Rusiya tərəfi bu böhranın həlli üçün vasitəçilik səylərini davam etdirməyə hazırdır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button