Zelenski bu gün İsveçrəyə gedəcək
Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 15-də İsveçrəyə işgüzar səfərə gedəcək.
Polise.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin teleqram kanalında bildirilib.
Qeyd edilir ki, səfər zamanı Zelenski parlamentin hər iki palatasının sədrləri, partiya liderləri və isveçrəli həmkarı ilə görüşəcək.
Bundan əlavə, Zelenski Dünya İqtisadi Forumunda iştirak edəcək və Davosda bir sıra ikitərəfli görüşlər keçirəcək.
Xatırladaq ki, 2023-cü il noyabrın sonunda İsveçrə Prezidenti Alen Berse Ukraynaya səfər edib. Bundan əvvəl, martda isə Berse bildirib ki, İsveçrə silahları Ukraynadakı müharibədə istifadə olunmamalıdır. O deyib ki, ölkəsinin siyasəti “sülh, humanitar qanun və mümkün olduqda vasitəçilik öhdəliyinə” əsaslanır.
Polise.az