Zelenski: “Hörümçək toru” əməliyyatına 117 dron operatoru cəlb edilib

“Hörümçək toru” xüsusi əməliyyatı zamanı 117 drondan istifadə edilib və onları eyni sayda operator idarə edib.

Polise.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

“Əminliklə deyə bilərik ki, bu, tamamilə unikal bir əməliyyatdır. Ən maraqlısı – artıq bunu açıq şəkildə demək olar – Rusiya ərazisindəki əməliyyatımızın “ofisi” onların vilayətlərindən birində Rusiya Federal Təhlükəsizlik Xidmətinin idarəsinin bilavasitə yaxınlığında yerləşirdi”, – o deyib.

Zelenski Rusiyanın strateji raket daşıyıcılarının 34%-nin məhv edilməsi barədə Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatını təsdiqləyib.

Onun sözlərinə görə, hazırlıq mərhələsində əməliyyatı icra edən şəxslər Rusiyanın müxtəlif bölgələrində – üç saat qurşağında fəaliyyət göstəriblər. Lakin əməliyyatdan əvvəl onlar Rusiyadan çıxarılıb və indi təhlükəsizlikdədirlər.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button