Zelenski Kurskla sərhədə gəlib

Ukrayna Prezidenti Volodimir Zelenski Sumı vilayətinin Kursk vilayətilə sərhədinə səfər edib. 

“AzPolitika” xəbər verir ki, Ukrayna dövlətinin başçısı burada Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski ilə görüşüb. Bu barədə Zelenski öz “facebook” səhifəsində məlumat verib. Görüşdə həmçinin, Sumı vilayət hərbi administrasiyasının rəisi Vladimir Artyux iştirak edib.

Sırski cəbhədəki vəziyyət, o cümlədən ən çətin istiqamətlər haqqında məlumat verib. Onun dediyinə görə, Kursk vilayətinin daha bir yaşayış məntəqəsi nəzarətə götürülüb. Lakin məntəqənin adı açqlanmayıb.

Sumı rəhbəri isə deyib ki, Kursk əməliyyatının başlanmasından sonra vilayətin atəşə tutulması və mülki əhali arasında itkilərin sayı azalıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button