Zelenski: Rusiyada Ukrayna silahlarının çatmadığı neft emalı zavodu yoxdur

Rusiyada elə bir neft emalı zavodu yoxdur ki, Ukraynanın dron hücumuna məruz qalmasın.
Polise.az Teleqraf -a istinadən “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O vurğulayıb ki, bu həftə Ukrayna ordusu “düşmən təcavüzünü dəstəkləyən Rusiya obyektlərinə qarşı” hücumlar etməklə mühüm nəticələrə nail olub: “Ukrayna dronları Sibirə çatıb və Ukraynadan təxminən 2500 kilometr aralıda yerləşən Omskdakı neft emalı zavoduna zərbə endirib. İndi Ukrayna silahlarının çatmadığı bir dənə də olsun, Rusiya neft emalı zavodu qalmayıb”.
Polise.az



