Zelenski: Səngərdə olmayanlar mənim üçün general deyil

Kiyevdə keçirilən ərzaq təhlükəsizliyi üzrə beynəlxalq konfransda Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin idarə olunmasına yanaşmaların dəyişdirilməsinin zəruriliyini bəyan edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, zabitlər əsgərləri görməlidirlər.

“Səngərdə olmayan general, təcrübəsinə baxmayaraq, mənim üçün general deyil. Generallar səngərdə olmalıdır”, – deyə Ukrayna lideri bildirib.

O əlavə edib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin əsas vəzifəsi orduda bürokratiyanın azaldılmasıdır və prioritet məsələ “hərbçilərin mənəvi vəziyyətidir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button