Zelenski: Tramp qəti mövqedədir…

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronla görüşün ilk təfərrüatlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, o bu barədə X şəbəkəsində məlumat açıqlayıp: “Prezident Tramp, həmişə olduğu kimi, qəti mövqedədir, buna görə ona təşəkkür edirəm. “Biz xalqımız, döyüş meydanındakı vəziyyət və Ukrayna üçün ədalətli sülh haqqında danışdıq. Biz hamımız bu müharibəni mümkün qədər tez və ədalətli şəkildə bitirmək istəyirik”.

O əlavə edib ki, görüşdə işi davam etdirmək barədə razılığa gəliblər.

Ukrayna prezidenti jurnalistlərə açıqlamasında deyib ki, görüş konstruktiv keçib: “Sülh gücün hesabına mümkündür. Ab-hava vacibdir. Biz təbii ki, yalnız Ukrayna və ukraynalılar haqqında danışdıq. Onların Rusiya işğalına qarşı necə dayandıqlarından, onlara hansı dəstəyin lazım olmasından danışdıq. Və bu, ən vacib şeydir – ədalətli sülh və təhlükəsizlik zəmanətləri – Ukrayna üçün güclü təhlükəsizlik təminatları”.

Ukrayna prezidentindən Trampın müharibəni bitirmək variantları ilə bağlı baxışı da soruşulub: “Bu gün biz müxtəlif məsələlərin müzakirəsi prosesindəyik. Biz daha çox işləməli və daha çox görüşməliyik. Komandalarımız da işləyəcək. Bu vacibdir. Hələlik nəsə haqqında danışmaq tezdir. Ukraynanın mövqeyi aydındır. Çox vacibdir ki, bizim tərəfdaşlarımız bizim mövqeyimizi başqasından yox, bizdən bilsinlər, Ukraynasız istənilən razılaşma mümkün deyil”.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button