Zelenski Trampı Kiyevə dəvət etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ninn keçmiş prezidenti və hazırda Ağ Evin rəhbəri vəzifəsinə namizəd Donald Trampı Kiyevə səfərə dəvət edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, telefon danışığı zamanı o, Trampı ölkəsinə səfərə dəvət edib və qeyd edib ki, Tramp Ukrayna haqqında nəsə bilmək istəsə, gəlib öz gözləri ilə görə və ya ondan soruşa bilər:

“Onun komandası ilə danışdıq. Cənab Tramp mənə hər hansı sualınız üçün hazır olduğunu və onun telefon nömrəsinin məndə olduğunu söylədi”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button