Zelenski Trampı Ukraynaya dəvət etdi: Artıq bizi başa düşün, gəlib öz gözünüzlə görün

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın ölkəsinə səfər etməsini istəyir.
Teleqraf xəbər verir ki, bu barədə o, Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü ilə bağlı xalqa müraciətində bildirib.
“Əminəm ki, ancaq Ukraynaya gəlib öz gözləri ilə bizim həyatımız və mübarizəmizi görərək, insanlarımız və bu ağrı dənizini hiss edərək bu müharibənin nə haqqında olduğunu, kimin ucbatından baş verdiyini, kimin təcavüzkar və kimə təzyiq göstərmək lazım olduğunu anlamaq mümkündür. Anlamaq lazımdır ki, Ukrayna həyatları qoruyur, məhz bunun üçün döyüşür. Bu, küçə davası deyil. Bu, xəstə dövlətin suveren ölkəyə hücumudur. Başa düşmək lazımdır ki, Vladimir Putin elə bu müharibənin özüdür. O, həm başlanğıcın səbəbi, həm də onun bitməsinə maneədir. Real sülhün olması üçün yerinə oturdulmalı olan məhz Rusiyadır”, – Zelenski vurğulayıb.
Polise.az



