Zelenski: Ukrayna ərazilərindən imtina etməyəcək

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin heç bir halda itirilmiş ərazilərə dair iddialarından imtina etməyəcəyini açıqlayıb.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Zelenski «RBC-Ukraine» portalına açıqlamasında danışıb.

O bildirib ki, üç tərəfli danışıqlarda bütün tərəflər kompromislərə getməlidir.

“Çoxlu problemli məsələlər var idi, amma onların sayı getdikcə azalır”, – deyə Zelenski qeyd edib.

Qeyd olunur ki, bundan əvvəl Dünya İqtisadi Forumunda (Davos) çıxış edən Zelenski Avropa ölkələrini tənqid etmiş, onların öz təhlükəsizliklərini təmin etməkdə çətinlik çəkdiyini vurğulamışdı.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button