Zelenski: Ukrayna Macarıstan PUA-larını da vuracaq

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Macarıstan kəşfiyyat PUA-larının Ukraynanın qərb sərhədində aktivliyi qeydə alınmışdı.

“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünən axşam çıxışında Macarıstana xəbərdarlıq edib. O deyib ki, sərhəd yaxınlığında yenidən PUA-lar aşkar edilərsə, Ukrayna ordusu buna müvafiq cavab verəcək.

O xatırladıb ki, son günlər Ukrayna-Macarıstan sərhədində kəşfiyyat xarakterli pilotsuz təyyarələr aşkarlanıb: “Mən hərbçilərə tam təhqiqat aparmağı və belə pilotsuz təyyarələr bir daha aşkar edilərsə, dövlətimizin müdafiəsi üçün müvafiq cavab verməyi tapşırdım”.

O, bir daha vurğulayıb ki, ukraynalılar “hazırda bütün dronlara qarşı müdafiə baxımından Avropanın ən yaxşısıdır və Ukrayna öz təcrübəsini pilotsuz təyyarə təhlükələrindən etibarlı müdafiə tələb edən digər ölkələrlə bölüşməyə hazırdır”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button