Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb
Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi Bakı vaxtı ilə saat 22:00-da Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb.
“Bazar ertəsi, fevralın 21-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclası keçiriləcək. İclas yerli vaxtla saat 20:00-a təyin edilib”, – deyə məlumatda bildirilir.