Zelenski: Ukrayna ordusu mərmi çatışmazlığı fonunda cəbhədəki durumu sabitləşdirib

Ukrayna ordusu mərmi çatışmazlığı şəraitində cəbhədəki mövqelərini sabitləşdirə bilib.

Polise.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti axşam videomüraciətində bildirib.

Dövlət başçısı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırskinin məruzəsini dinlədiyini deyib. O, ölkə başçısına cəbhənin Rusiya ordusunun uğur ümidləndiyi bütün o nöqtələr barədə ətraflı hesabat təqdim edib.

“Mövqelərimizi sabitləşdirə bildik. Baş komandan işğalçıya irəliləməyə imkan verməyən hərəkətlərimiz barədə bilgiləndirib”, – Prezident bildirib.

Zelenski vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri mərmi çatışmazlığı və təchizatın əhəmiyyətli dərəcədə ləngiməsi şəraitində belə uğurlara nail olub. Prezident bu nəticələri çox yaxşı adlandırıb. O, ayrı-ayrılıqda döyüş meydanında nəticəni təmin edən bütün əsgər və komandirlərə minnətdarlığını bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button