Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir

Ukrayna 2025-ci ilin yanvarında ABŞ-nin seçilmiş prezidenti Donald Trampdan sülh planı almağı gözləyir.

“Polise.az” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin təşviq etdiyi “Grain from Ukraine” (Ukraynadan taxıl) proqramına həsr olunmuş görüşdə bildirib.

“Mən ABŞ-nin yeni prezidentinin təkliflərini görmək istəyirəm. Düşünürəm ki, təklifləri artıq yanvarda görəcəyik və bu, müharibəni bitirmək planımız olacaq”, – Ukrayna lideri deyib.

Zelenski, həmçinin vurğulayıb ki, Trampla görüşü onun andiçmə mərasimindən sonra baş verəcək.

Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək. Tramp dəfələrlə Rusiya-Ukrayna müharibəsini mümkün qədər tez dayandırmaq niyyətində olduğunu bəyan edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button