Zelenski: Ukraynanın itkiləri 45,1 min nəfərdir

Döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri 45,1 min insan itirib, 390 minə yaxın yaralı qeydə alınıb.

Polise.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində yayımlanan müsahibədə deyib.

“Dəqiq rəqəmlər bizim üçün çox vacibdir”, – deyə dövlət başçısı vurğulayıb.

Ukrayna Prezidenti yaralıların sayının daha çox olduğunu qeyd edib. “Çünki yaralanan, sonra döyüş meydanına qayıdan və yenidən yaralananlar var”, – deyə Zelenski izah edib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button