Zelenski və İtaliyanın Baş naziri Ukrayna ordusunun müdafiə ehtiyaclarını müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşüb

Polise.az  xəbər verir ki, bu barədə “RBC-Ukraine” ölkə Prezidentinin saytına istinadən məlumat yayıb.

Görüş sentyabrın 7-də “Ambrosetti” beynəlxalq iqtisadi forumu çərçivəsində baş tutub.

“Bizə göstərdiyiniz dəstəyə görə sizə və komandanıza, bütün İtaliya xalqına çox minnətdarıq”, – V.Zelenski bildirib.

Görüş zamanı Prezident İtaliyanın Baş nazirinə döyüş meydanındakı vəziyyət barədə məlumat verib, həmçinin ən vacib müdafiə ehtiyaclarından danışıb.

Liderlər dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya 50 milyard dollara yaxın vəsaitin verilməsinə dair G7-nin qərarını praktik olaraq həyata keçirməklə bağlı addımları müzakirə ediblər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button