Zelenski:”Ərdoğan Ukraynanın təhlükəsizliyinin təminatçısı olacağını təsdiqlədi”

“Prezident Ərdoğan Ukraynanın təhlükəsizliyinin təminatçısı olacağını təsdiqlədi”.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, Türkiyənin gələcəkdə təhlükəsizlik təminatlarında kritik rol oynaya biləcəyini bildirib.
Zelenski, Ərdoğanla münasibətlərinin çox müsbət əsasda irəlilədiyini ifadə edib.
“Biz Ərdoğanı Türkiyənin Qara dəniz təhlükəsizliyinin bir hissəsinin qorunmasında mühüm oyunçu kimi görürük. Bunun üçün bütün imkanlar mövcuddur”,- o, qeyd edib.
Zelenski Türkiyə ilə diplomatik əlaqələrin davamlı, lakin diqqətlə aparıldığını da vurğulayıb.
Ukrayna lideri Türkiyənin daha əvvəl taxıl ixracına əhəmiyyətli töhfələr verdiyini xatırladıb: “Ərzaq təhlükəsizliyinə gəlincə, Türkiyə əvvəllər vəziyyətin nəzarət altına alınmasına kömək edirdi. Lakin sonradan bu təşəbbüs Rusiya tərəfindən əngəlləndi”.
Polise.az