Zelenskinin Trampla görüşü ilə bağlı hazırlıq işləri görülür

Kiyev və Vaşinqton artıq Volodimir Zelenski ilə Donald Tramp arasında ABŞ-ın 47-ci Prezidentinin andiçmə mərasimindən sonra baş tutacaq görüşlə bağlı hazırlıq işləri görür.

Polise.az  “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tuskla keçirdiyi brifinqdə bildirib.

“Əlbəttə, inoqurasiyadan sonra. Artıq komandalarımız qarşıdan gələn görüşün məzmunu və formatı üzərində işləyir. Biz orada əsas məsələləri müzakirə edəcəyik, mən onlar haqqında ətraflı danışmayacağam – hələ tezdir”, – deyə dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna üçün prioritet müharibəyə ədalətli şərtlərlə son qoymaqdır. “Güclü təhlükəsizlik zəmanətləri almaq vacibdir. Bu gün isə strateji zəmanətlər arasında Avropa İttifaqına (Aİ) və NATO-ya daxil olmaq, orduya silahla dəstək göstərmək daxildir”, – deyə o, qeyd edib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button