Zelenski:”Ukrayna Donbası Rusiyanın nəzarətinə verə bilməz”

“Ukrayna Donbası heç bir şey etmədən Rusiyanın nəzarətinə verə bilməz. Bu əraziləri müdafiə edərkən minlərlə insan həlak olub”.
Polise.az Apa-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Sadəcə təslim olmaq? Mən belə bir fikri dəstəkləyə bilmərəm. Əmin deyiləm ki, xalqımız da buna razı olar. Minlərlə, on minlərlə ukraynalı Ukraynanın bu hissəsini müdafiə edərkən həlak olub”, – Zelenski əlavə edib.
Dövlət başçısı qeyd edib ki, Donbas məsələsi yalnız ərazi ilə bağlı deyil, həm də insanlar və dövləti müdafiə etmək strategiyası ilə bağlıdır.
“Donbas müstəqilliyimizin və dəyərlərimizin bir hissəsidir. Azadlıq bizim üçün boş söz deyil”, – dövlət başçısı bildirib.
Polise.az



