Ziyafət Əsgərov: Terrorçuluqla mübarizədə Konvensiyaya Əlavə Protokol ölkəmizin milli maraqlarına uyğundur

Azərbaycan terrora ən çox məruz qalan ölkələrdən biridir. Bura ekoloji terror da daxildir.
Polise.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.
Otuz il ərzində işğalda olan ərazilərimizin ciddi ekoloji terrora məruz qaldığını diqqətə çatdıran komitə sədri, həmçinin Vətən müharibəsindən sonra yüzlərlə Azərbaycan mülki vətəndaşının mina terrorunun qurbanı olduğunu diqqətə çatdırıb.
Ziyafət Əsgərov bildirib ki, Azərbaycan terrorçuluqla mübarizədə bir çox beynəlxalq təşkilatlarla, ölkələrlə müqavilə bağlayıb və bu müqavilələr ratifikasiya edilib.
Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokolun ölkəmizin milli maraqlarına uyğun olduğunu deyən komitə sədri Protokolun müxtəlif bəyanatlarla ratifikasiya edildiyini vurğulayıb.
Polise.az



