Zurabişvili Avropanı fəallığa çağırdı – “Gürcülər gözləyirlər”
“Gürcülər gecə-gündüz Avropa gələcəyi uğrunda mübarizə aparırlar, Avropa isə ləng reaksiya verir, daha çox iş görülməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Parlamentində çıxışı zamanı beynəlxalq tərəfdaşlara müraciətində deyib.
O, gürcülərin Brüssel və Vaşinqtondan hələ də cavab gözlədiklərini bildirib.
Dövlət başçısının sözlərinə görə, Avropa Gürcüstanda daha dərin böhran olmayana qədər hərəkətə başlamalıdır.
“Aydındır ki, azad və ədalətli seçkilər keçirilməyənə qədər gürcülər dayanmayacaqlar, çünki bu, yaranmış vəziyyətdən demokratik çıxış yoludur”, – S.Zurabişvili söyləyib.
Polise.az