Zurabişvili Fransa kralı ilə müqayisə edildi – “Dövlət mənəm” deyir

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkə prezidenti Salome Zurabişvilini Fransa kralı XIV Lüdoviklə müqayisə edib.

Teleqraf.com xəbər verir ki, spiker “Rustavi 2” kanalının efirində deyib ki, prezident XIV Lüdovik kimi “dövlət mənəm” deyir.

Onun sözlərinə görə, S.Zurabişvili dekabrın 29-da sarayını tərk edəcək və onun yerini yeni prezident tutacaq.
“Dövlət başçısının legitimliyi onun olduğu binadan qaynaqlanmır. Düşünmürəm ki, Salome xanım və onun administrasiyası binanı tərk etməmək addımını atacaq”, – Ş.Papuaşvili söyləyib.

Qeyd edək ki, S.Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da başa çatır. O, buna baxmayaraq vəzifəsini tərk etmək fikrində olmadığını açıqlayıb. Həmin gün yeni seçilmiş prezident Mixeil Kavelaşvilinin parlament binasında andiçmə mərasimi keçiriləcək.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button