Əbülfəs Qarayev həbsdəki müavinlərinin yanına getmək istəmir

Sabiq nazir müavini Rafiq Bayramovla idarə rəisi Zakir Sultanovun həbs müddəti uzadıldı

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov, nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı məhkəməyə təqdimat verib. Səbayel Rayon Məhkəməsi təqdimata baxıb və hər iki şəxs barəsində həbs müddətini uzadılmasına qərar verib.    

Mayın 8-də Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi əməliyyatından sonra Əbülfəs Qarayev açıq-aşkar müqavimət göstərir, kabinetini əldən vermək istəmirdi. Halbuki Mədəniyyət Nazirliyindəki böyük korrupsiya faktlarının videosübutları ortalıqda idi. Mayın 21-də Prezidentin sərəncamı ilə mədəniyyət naziri postundan uzaqlaşıdırıldı. Əbülfəs Qarayevin müavininin, həmçinin idarə rəisinin həbsi sabiq nazirin məsuliyyət məsələsini gündəmə gətirib və bu gün də, üstündən 4  ayadək  müddət ötməsinə baxmayaraq, aktuallığını itirməyib.

Yada salaq ki, həbs edilən nazir müavini Rafiq Bayramovla idarə rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb. Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Former Deputy Minister Rafiq Bayramov and former Head of the State Service  brought to court

Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib. Yada salaq ki, iki il əvvəl müavini təyin edilmiş Rafiq Bayramov uzun illər Ə.Qarayevin digər nazirlikdə köməkçisi olub. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Sabiq nazirin Cinayət Məcəlləsinin 314-cü – səhlənkarlıq maddəsi ilə istintaqa cəlb oluna biləcəyi xəbəri də var. Bu maddədə səhlənkarlıq – işə vicdansız yanaşma, laqeyd münasibət nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi fiziki və hüquq şəxslərin qanuni mənafelərinə və ya dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə xüsusilə ağır nəticələrə səbəb olduqda 5 ilə qədər həbs gözləyir.

DTX – nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatın görüntüləri – Video  - Azadliq Xeber

Son olaraq sabiq nazir iyul ayının sonunda bir açıqlama verib. O deyib ki, hazırda evində dincəlir. Sabiq nazir hələ ki hər şeyin yaxşı olduğunu bildirmişdi: “Mən mətbuatla əlaqə saxlamaq, mətbuata danışmaq istəmirəm. Mənzilimdəyəm, yaxşıyam, hər şey normaldır. Təşəkkür edirəm”. Əbülfəs Qarayevin açıqlamalarından belə anlaşılır ki, sabiq nazir həbsdəki müavinlərinin yanına getmək istəmir. Onun istintaqa çağırılıb-çağırılmadığı ilə bağlı heç bir rəsmi məlumat yoxdur. 

Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə iyulun sonunda  mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti mədəniyyət nazirinin birinci müavini Anar Kərimova verilib.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button
Close