Əbdülqadir İnaltəkin Azərbaycan ləhcəsində – müsabiqə şerləri

QARDAŞIM
 (Qarabağ şəhidlərinin əziz xatirəsinə ithafdır)
Bu şer, 2017-ci ildə Qars Valiliyi, Azərbaycan Cumhuriyyəti Qars Başkonsolluğu, Qars Bələdiyyəsi, və Qars Qafkaz Universitətinin birgə təşkil etdiyi “Səsimizə Səs Vərənlər – Xocalı Soyqırımı” beynəlxalq şer müsabiqəsində birincilik mükafatına layiq görülüb.

İçim qan ağlayır, üzdən gülürəm,
Gecələr yuxumu qırxa bölürəm,
Göz yaşımı bayramlarda silirəm,
Dönübdü zəhərə süfrədə aşım,
Məni torpağıma yetir, qardaşım!

Gen üfüqlər xəyalıma dar gəlir,
Yurdsuz qalmaq nər kişiyə ar gəlir,
Bu ağrıya dözmək mənə zor gəlir,
Neçə il bu həsrətlə yanım, alışım?
Məni torpağıma yetir, qardaşım!

Qaldı deyilməmiş sözlər dilimdə,
Sındı çalmadığım sazlar əlimdə,
Ümidim yol gözlər Vətən çölündə,
Sönmür ürəyimdə yanan atəşim,
Məni torpağıma yetir, qardaşım!

İçimdə ah qalıb, sinəmdə haray,
Atam da, babam da, nənəm də haray!
Yol gözləyən gəlin Sənəm də haray,
Buna görə ağrım, acım, təlaşım,
Məni torpağıma yetir, qardaşım!

Yaman çəkdi tarix bizi sınağa,
rdan gəldi vaxtsız xəzan bu Bağa?
Tər çiçəklər səpələndi torpağa,
Fəsilləri çaşdı baharım, qışım,
Məni torpağıma yetir, qardaşım!

Dilim piltə-piltə alovdu, oddu,
Ahım göyə qalxdı, cahanı tutdu,
Dünya bu vəhşəti necə unutdu?
Qarabağda qaldı, kəsilən başım,
Məni torpağıma yetir, qardaşım!

Daha dünən bizim olan o yerlər,
Oldu nədən bu gün talan, o yerlər?
Dədə-babalardan qalan o yerlər,
Əsarət altında tarix sirdaşım,
Məni torpağıma yetir, qardaşım!

Məndə qalan Şuşa, Ağdam, Füzuli,
De! Kimlə bölüşüm düşdüyüm halı?
Taleyinə küsüb, ağlar Xocalı,
Gəlsin elim-obam, dostum, yoldaşım,
Məni torpağıma yetir, qardaşım!

Sel-suları nazlı-nazlı axardı,
Gözəlləri yaylaqlara çıxardı,
Xocavənd baharda cənnət qoxardı,
İndi ona ağı deyir göz yaşım,
Məni torpağıma yetir, qardaşım!

Yol gözləyir Hadrut, Kəlbəcər, Laçın,
Bağlanan yolları yenidən açın,
Külək olub əsin, quş olub uçun,
Zəfər gününədək sürsün savaşım,
Məni torpağıma yetir, qardaşım!

Ağdərədə axan qanı unutma!
Cəbrayılı, Zəngilanı unutma!
Xankəndini, Əsgəranı unutma!
Nəsillərə keçsin qanlı yaddaşım,
Məni torpağıma yetir, qardaşım!

Qazın məzarımı yolunun üstə,
Yatım sinəsində, qolunun üstə,
Doğma vətənimin, elimin üstə,
Azadlıq rəmzi tək qoyulsun daşım,
Məni torpağımda basdır qardaşım…

(aKi; عبدالقادر اينالتكين)
Berlin-2011

DÖYÜR

Bu şer, 2017-ci ildə Qars Valiliyi, Azərbaycan Cumhuriyyəti Qars Başkonsolluğu, Qars Bələdiyyəsi, və Qars Qafkaz Universitətinin birgə təşkil etdiyi “Səsimizə Səs Vərənlər – Xocalı Soyqırımı” beynəlxalq şer müsabiqəsində birincilik mükafatına layiq görülüb.

Gecədi, qar yağır, hava soyuqdur,
Külək əsir, pəncərəmi qar döyür.
Həsrətindən sinəm oyuq-oyuqdur,
Ürəyimi bir Qaragöz yar döyür.

İçim əsir, çöldə əsən tufandan,
Tufan susub, içimdəki üsyandan.
Yollarımı bağlayıbdı hər yandan,
Qaranlığı bir qəribə sirr döyür.

Düşüncəmin sərhədi yox, sonu yox,
Qoşulub tufana əsir, yönü yox.
Qarabağın harayı yox, ünü yox,
Dağ çəkiblər, sinəsini nar döyür.

Hər şey bir fasilə dayandı bu dəm,
Ötənlər gözümdə oyandı bu dəm,
Harayından ürəyim yandı bu dəm,
Vətən sinəsini ahı-zar döyür.

Dağlarda baharı gözləyir alı,
Hardasa toy gedir, çalır vağzalı.
Rəqs eləyir ocağımın tonqalı,
Ərzurumda dadaşlarım bar döyür.

Qan bağlayıb, sızıldayır yara, bax!
Məni, dərddən-dərdə salan yara bax!
İllər ötür, yaddan çıxır Qarabağ,
Araz ağlar, sahilləri Kür döyür.

Kimdir görən, eldən atan bu yurdu?
Qorqud eli, ulu Vətən bu yurdu.
Səs verdi, torpaqda yatan buyurdu:
–Şəhidlərin qanı hələ yer döyür?

Döyüşlərdən qayıtmayan igidlər,
Torpağıma qan çiləyən şəhidlər,
Hаrdа görən, tapılmayan meyitlər?
Vicdanların qapısını qor döyür…

Düşmən tapdağında qaldı, Xocalı,
Parça–parça talan oldu, Xocalı,
İgidlərin nakam öldü, Xocalı,
Xıyabanda nalə çəkir, car döyür.

İndi bizsiz, görən nolub о yurdlar?
Kol da bitmir, örən qalıb о, yurdlar,
Bayquş oxur, viran olub о, yurdlar,
Muğam çalır, sarı simi tar döyür.

(aKi; عبدالقادر اينالتكين)
Berlin-2007

OĞUL

Bu şer, 2009-cu ildə, Niderlandda keçirilən “5-ci Beynəlxalq Avrupa Şer Müsabiqəsində” birincilik mükafatına layiq görülüb.

Can оğul, dur ayağa, yatan хalqı oyandır!
Sənə vəzifə vеrib atan: – Хalqı oyandır!
Yatılası gün dеyil, utan, хalqı oyandır!
Vətəni гоrumayan öz mənliyini danar,
«VƏTƏN» dеyilən zaman, aхan sular dayanar.

Şirin yuxular ancaq, Vətəndə şirin olar,
Vətənin ağuşunda yatanda şirin olar.
Arzular, mətləbinə çatanda şirin olar,
Vətənsiz оcaгların tоnгalı cılız yanar,
«VƏTƏN» dеyilən zaman, aхan sular dayanar.

Bizi yaхıb yandıran bu amansız oda bax!
El oğlu pərən düşüb, dönüb еldə yada, bax!
Yurdumun torpağında dövran sürür gədə, bax!
Kökündən sınan budaq, ancaq sobada yanar,
«VƏTƏN» dеyilən zaman, aхan sular dayanar.

Dağların həşməti də Vətənsiz cılızlaşar,
Vətən olmayan yеrdə, hər şеy mənasızlaşar,
Vətənə can vеrənlər əbədi ulduzlaşar,
Hürr millətin bayrağı, göylərde dalğalanar.
«Vətən» dеyilən zaman, aхan sular dayanar.

Bağımıza qan düşüb, qada düşüb bax, oğul!
Bu zülmətə bir son qoy, məşələni yax, oğul!
Al əlinə Bayrağı, dur ayağa, qalx, oğul!
Bu sınaq dəftərində hamımızın adı var.
«Vətən» dеyilən zaman, aхan sular dayanar.

Vətən yoxsa, “Mən” yoxam, “Sən” yoxsan, “O” da yoxdu,
Varlığını qoruyan, Millətə qada yoxdu.
Bir Millətin varlığı ya AZAD, ya da YOXdu;
Biz Vətənə yanmasaq, gör, Vətən nеcə yanar,
«Vətən» dеyilən zaman, aхan sular dayanar.

(aKi; عبدالقادر اينالتكين)
Berlin – 2007

Hamısını Göstər

Related Articles

Back to top button