Əbu-Dabidə keçirilən Qadınların Qlobal Sammiti sessiyalarla işini davam etdirib
Birləşmiş Ərəb Əmirliklərində qadınların səsvermə hüququ əldə etməsinin 100 illiyi münasibətilə BƏƏ-nin Qadınlar Birliyinin (GWU) sədri, Analar və Uşaqlar üzrə Ali Şuranın prezidenti, Ailə İnkişafı Fondunun Ali sədri Ülyahəzrət Şeyxa Fatimə bint Mübarəkin dəstəyilə Dünya Müsəlman İcmaları Şurası (TWMCC) tərəfindən təşkil edilən Qadınların Global Sammiti öz işini müxtəlif mövzulu sessiyalarla davam etdirib.
Polise.az xəbər verir ki, çıxışlarda əsas mövzulardan biri də qlobal mediada qadın obrazı olub. Çıxışlarda medianın qadın obrazına mənfi təsirlərindən, virtual məkanda qadınların rolunun artırılmasından danışılıb, qarşıya çıxan problemlərin həlli yolları ilə bağlı fikirlər səsləndirilib. Bundan başqa, sessiyalarda müxtəlif irqlərə, inanclara və mədəniyyətlərə mənsub qadınların media və yaradıcılıq səhəsində təmsil olunmasındakı boşluqların aradan qaldırılması müzakirə olunub.