ABŞ Böyük Britaniyada iki F-35A eskadronu yerləşdirəcək

ABŞ hakimiyyəti beşinci nəsil F-35A qırıcı-bombardmançılarının iki eskadrilyasını Böyük Britaniyanın şərqindəki Suffolk şəhərindəki Lakenheath bazasına yerləşdirməyi planlaşdırır.

Polise.az “The Daily Telegraph” nəşrinə istinadla xəbər verir ki, nüvə silahı daşımağa qadir F-35A qırıcı-bombardmançı təyyarələri Lakenheath bazasındakı F-15-ləri əvəz edəcək. F-35A qırıcıları daha uzun məsafə qət edir, daha funksionaldır və gizli texnologiya ilə təchiz olunub.

Məlumata görə, 54 qırıcı aviabazada bu ilin sonu və ya gələn il yerləşdiriləcək.

Nəşr qeyd edir ki, Böyük Britaniyada Amerika taktiki nüvə silahlarının mümkün yerləşdirilməsi ilə bağlı xəbərlər getdikcə artır.

Həmçinin bildirilib ki, Konqres ABŞ Hərbi Hava Qüvvələrindən 144 ABŞ hərbçisi üçün Lakenheath bazasında əlavə yaşayış binalarının tikintisinə 50 milyon dollar ayrılması barədə sorğu alıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button