Axtarılır!

Sumqayıt şəhərində yaşayan, nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 13
yaşlı Ömər Yaqubov martın 25-də səhər saatlarında yaşadığı ünvandan çıxaraq bir
daha geri qayıtmayıb.
Onun əlamətləri belədir: Boyu 155 sm., arıq bədən quruluşlu, ağbəniz, sifəti
uzunsov, saçı qısa və şabalıdı rəngli, gözləri qəhvəyidir.
Evdən çıxarkən əynində qara rəngli parça gödəkçə, qara rəngli poliver, tünd
göy rəngli parça şalvar, ayağında tünd göy rəngli idman ayaqqabısı olub.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan
DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin (018) 65 4-02-02; (018) 65 5-76-65 şəhər və
(050) 384-84-99 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button