Əgər müharibə bir neçə gün davam etsəydi… – General

Erməni silahlı qüvvələri, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın hücumunu Ağdam istiqamətindən gözləyirdi. Bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər. Minalardan da başqa çox böyük əsgəri gücü orada saxlayırdılar. Bu da onların hərbi rəhbərliyinin səriştəsizliyini göstərir.

Publika.az-a istinadən xəbər verilir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ağdam əməliyyatından danışarkən deyib.

O bildirib ki, bütün bunları nəzərə alaraq, Azərbaycan Ordusu əsas zərbə istiqamətini ayrı yerə yönəldib və planları dəyişdidirib: “Döyüşlər, düzgün planlaşdırma nəticəsində biz müharibə vaxtı gücümüzün bir qismi ilə Ermənistan ordusunun Ağdam istiqmətində yerləşən qüvvələrini blokladıq. Yəni biz elə şərait yaratdıq ki, onlar hərəkət edə bilmədilər, hansısa qoşun orada onlara köməyə gələ bilmədi. Hətta biz Şuşa əməliyyatı keçirəndə onlar artıq oraya dəstəyə gələ bilmədilər. Bizim əməiyyatımız nəticəsində həm Suqovuşan, həm də Xocavənd istiqamətində bu qruplaşma praktiki olaraq mühasirəyə düşmüşdü”.

Zakir Həsənov qeyd edib ki, əgər müharibə bir neçə gün davam etsəydi, orada olan bütün erməni hərbi qüvvələri tam mühasirəyə düşəcəkdi: “Ermənilər də bunu yaxşı bilirlər. Artıq ermənilərə ruslar izah etdilər ki, onları nə gözləyir. Praktiki olaraq ermənilər artıq mühasirədə idilər, bir neçə gün sonra isə tam olaraq mühasirəyə düşəcəkdilər. Mən tapşırıq vermişdim, biz bütün toplarımızı o ətrafa cəmləşdirirdik. Bir neçə gün sonra hücum olmayacaqdı. Praktiki olaraq bütün o ərazi artilleriyadan şumlanacaqdı. Oradan bir nəfər də salamat çıxmayacaqdı. Ona görə də bunu başa düşüb, kapitulyasiyaya qol çəkdilər”.

Hamısını Göstər

Related Articles

Back to top button