Lerikdə 15 mindən artıq narkotik tərkibli bitki aşkarlandı

Lerikdə 15 mindən artıq narkotik tərkibli bitki aşkarlandı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin və Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində xidməti ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Lerik rayonun Orand kəndi ərazisində 7 hektar sahədə yabanı halda bitmiş ümumi yaşıl kütləsi 5672 kiloqram olan 15321 ədəd xaş-xaş kolları aşkar edilib və yandırılmaqla məhv edilib.

Hamısını Göstər

Related Articles

Back to top button