Ərdoğan: Fransanın rəhbəri olan şəxsin bu dövlətin başçısı olmaq üçün bacarıqları yoxdur”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronu tənqid edib və Makronda prezidentlik səlahiyyətlərinə aid olan bacarıq keyfiyyətlərinin olmadığını bildirib.
Polise.az xəbər verir ki, Ərdoğanın sözlərinə istinadən “RİA Novosti” yazıb.
“Əslində, Fransanın rəhbəri olan şəxsin bu dövlətin başçısı olmaq üçün bacarıqları yoxdur”, – Ərdoğan bildirib.
Türkiyə Prezidenti öz mövqeyini əsaslandırmaq üçün Fransanın Mali və Burkina Faso ilə əlaqələrinə işarə edib.
Ərdoğan qeyd edib ki, Burkina-Faso artıq bəyan edib ki, bir aydan sonra fransız əsgərlərini öz ərazilərində görmək istəmir.
Türkiyə Prezidenti həmçinin Toqonun da eyni şeyi edəcəyini ehtimal edərək izah edi.
“O, (Fransa-red.) Afrikadakı nüfuzunu sürətlə itirir”, – deyə Ərdoğan vurğulayıb.
Xatırladaq ki, “Bloomberg”nəşri bir gün əvvəl Fransanın Burkina-Fasodakı səfirinin geri çağırılması və Afrika ölkəsində dövlət çevrilişindən sonra iki ölkə arasında diplomatik münasibətlərdə yaranan böhrandan yazıb və qeyd edilib ki, bu vəziyyət Rusiyanın qitədə iqtisadi və siyasi təsirinin artmasına səbəb ola bilər.
Məlumat üçün bildiririk ki, söhbət Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin nümayəndələri tərəfindən yerli qızıl mədənlərinin daha geniş işlənməsindən gedir.