Ərdoğan: “İkinci və üçüncü atom elektrik stansiyalarının tikintisini planlaşdırırıq”

Türkiyə “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) istifadəyə verilməsindən sonra ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisinə başlamaq niyyətindədir.

Bu barədə Ankarada tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

“Akkuyu” AES-in birinci blokunu 2023-cü ildə istismara verməyi planlaşdırırıq. “Akkuyu”dan sonra ikinci, hətta üçüncü atom elektrik stansiyasının tikintisi üçün sürətli hazırlıqlara başlayacağıq. Biz ölkəmizi atom enerjisi ilə təmin etməyə çalışırıq”, – deyə Türkiyə prezidenti vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button