Əsgər atası

Əsgər atası

Mən də əsgər atasıyam,
qəlbim  daim narahat.
Fikrim gəzir səngərləri,
hər dəqiqə, hər saat.

Mən də əsgər atasıyam,
öyünürəm bu adla.
Hansı  ata  fəxr eyləməz,
 cəsur, igid  övladla?!

Bu ərlərə  canım qurban,
 hər biri öz  övladım.
Bütün  cəbhə bölgələri,
 mənim xəyal ünvanım.

İti gözlü bu qartallar,
 səngərlərə  yaraşıq.
Onların  haqq yollarına
  Tanrı saçsın  gur işıq.

Mən  həm əsgər atasıyam,
 həm bu yurdun  əsgəri.
Başımızla cavabdehik
 qorumağa  bu yeri.

Nə şərəfli peşən vardır,
ey bu yurdun əsgəri.
Sən  həm  güclü güvənc yeri,
 həm sevimli  and yeri.

Vətən adlı  gözəl sənə
 edilibsə  etibar.
İgid əsgər, cəsur zabit
Bundan ülvi nə olar?

Bu çətinlik  həm şərəfli,
həm də  ötüb-keçəndir.
Keçilməyən  bir şey vardır,
o da əziz  Vətəndir!

Hamısını Göstər

Related Articles

Back to top button