Əsgərləri ilə mübahisə edən rus komandir məntəqəni partlatdı
Rusiyanın Ukraynanı işğalı təxminən 10 ayı geridə qoysa da, cəbhədəki vəziyyət hər iki tərəf üçün getdikcə pisləşir.
ABŞ-ın aparıcı qəzetlərindən biri olan “The New York Times” bununla bağlı geniş reportaj hazırlayıb.
Xəbərlərdə mənəvi vəziyyəti sıfır olan rus əsgərlərinin bir-biri ilə toqquşması ilə bağlı ifadələr diqqət çəkib.
Belə ki, rusiyalı komandir Ukraynada döyüşən bir tank komandirinin digər əsgərlərlə mübahisə etdikdən Rusiyaya məxsus nəzarət məntəqəsini partladıb.
Ukraynada pilotsuz təyyarə operatoru işləyən, lakin bir müddət əvvəl ölkədən qaçan Fidar Xubayev adlı əsgər “Belə hadisələr həmişə cəbhədə olur” deyərək, bu hadisənin baş verdiyi yay aylarında Rusiya cəbhəsində böyük böhranların yaşandığını bildirib.
“The New York Times” bu hadisənin Rusiya ordusundakı xaosun göstəricisi olduğunu yazıb.
Ukraynaya hücunu tənqid edən təqaüdçü rus hərbçi zabit Leonid İvasov da qəzetə verdiyi açıqlamada Putinin dağılmış ordusunun silah və qida üçün bir-biri ilə toqquşduğunu əsas gətirərək, “Heç bir komanda mərkəzi, vahid fəaliyyət planı yoxdur. Məğlubiyyət Rusiyanın taleyidir”.
Rusiya prezidenti Vladimir Putinin sentyabr ayında Ukraynanın şərqində ardıcıl məğlubiyyətlərdən sonra qismən səfərbərlik elan etməsi ölkədə böyük reaksiyalara səbəb olub və bir çox rusiyalı hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk edib.
Rusiyanın yeni ildə Ukraynada böyük quru əməliyyatına hazırlaşdığı iddia edilsə də, Ukraynada müharibənin uzun müddət davam edəcəyi ehtimalı getdikcə güclənir.