32 yaşlı Göyçay sakini itkin düşüb

Göyçay rayonu Bəydövül kənd sakini 1989-cu il təvəllüdlü Hacıyev Amid Soltanhəmid oğlu  iyulun 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, həmin şəxsin boyu 180 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları isə qaradır. Evdən çıxarkən üzərində göy rəngli şalvar, ağ köynək və qara ayaqqabı olub.

Şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020)-274-04-91 şəhər və (050)774-04-91 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Hamısını Göstər

Related Articles

Back to top button