44 günlük müharibənin sirləri açılır: Ermənistanda məğlubiyyət təklifi ilk dəfə nə vaxt səslənib?

Ermənistanda hələ də Qarabağ müharibəsindəki məğlubiyyətin səbəbi ətrafında müzakirələr səngimir.

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müharibənin 4-cü günündə onun dayandırılması barədə məlumatlara münasibət bildirib.

Xatırladaq ki, Baş Qərargahın vəzifədən kənarlaşdırılan rəisi Onik Qasparyan “Mən 4-cü gündə müharibənin dayandırılmasını təklif etdim, çünki imkanlar məhdud idi”, – demişdi.

A.Qriqoryan bu barədə yazılanlara münasibətində belə deyib:

“Heç kəs dördüncü gündə müharibəni dayandırmaq barədə təklif verməyib. İclasda Baş Qərargah rəisi vəziyyətlə bağlı məruzə edib. O, əsasən düşmənin “F-16”-lardan istifadəsi, bizim “Smerç”dən istifadə etməyimiz barədə məlumat verib və Cəbrayılda üstünlük qazandığımızı söyləyib. O, həmçinin bildirib ki, ön cəbhədə vəziyyətdə dəyişiklik yoxdur, ordu üzərinə qoyulan vəzifənin öhdəsindən gəlir. Bir daha bildirirəm ki, bu iclasda heç kəs müharibəni dayandırmaq təklifi verməyib”.

Qriqoryan bildirib ki, bu barədə ilk dəfə Şuranın 19 oktyabrdakı iclasda danışılıb: “O iclasda bildirildi ki, erməni tərəfinin daha 2-3 gün vaxtı var, ancaq bundan sonra müharibə daha 20 gün davam etdi”.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button