Savaşın 4-cü günü Onik Nikola uğurdan danışdı – Qriqoryan
II Qarabağ savaşının dördüncü günündə Təhlükəsizlik Şurasının iclasında heç kim müharibəni dayandırmağı təklif etməmişdi.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Baş Qərargah rəisi iclasda hərbi situasiyanı təsvir etdi. Özəlliklə, o, düşmənin F-16-lardan istifadə etdiyini, bizim isə Cəbrayılda kiçik uğurlar qazanmağımızdan danışdı. O, hərbi situasiyanın ön cəbhədə dəyişikliklərə məruz qalmadığını və ordunun qarşıya qoyduğu vəzifələrin öhdəsindən gəldiyini dedi. Bir daha qeyd edirəm ki, bu iclasda heç kim müharibəni dayandırmağı təklif etməyib. Birinci dəfə bunun haqqında söhbət 19 oktyabrda olub. O zaman deyilirdi ki, erməni tərəfinin 2-3 günü var, amma bundan sonra müharibə 20 gün davam etdi”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ermənistanın keçmiş Baş Qərargah rəisi Onik Qasparyan müharibənin dördüncü günü savaşda məğlub olacaqlarını, ona görə də onu dayandırmağı Paşinyana təklif etdiyini, amma Nikolun onu qəbul etmədiyini açıqlamışdı.