80 yaşlı kişinin əllərini iplə bağlayıb evini taladılar

DİN-in “102 – Zəng Mərkəzi”nə aprelin 10-da saat 2 radələrində Biləcəri qəsəbəsində yaşayan 80 yaşlı N.Əlimuradovun yaşadığı evə girən 2 nəfərin onun əllərini iplə bağlayıb 260 manat pulunu və ərzaq mallarını talamaları barədə məlumat daxil olmuşdur.

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluğa görə məhkum olunmuşlar – Kürdəmir rayon sakini İkram Məmmədov və Yevlax rayon sakini Tarıyel Vəliyev müəyyən edilərək saxlanılmışlar.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button