Lənkəran sakinindən 6 kiloqrama yaxın marixuana aşkarlanıb

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Səngəçal qəsəbəsi ərazisində tədbir həyata keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  Polise.az-a verilən məlumata görə, tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran şəhər sakini 1992-ci il təvəllüdlü Fəxrəddin Bağırlı saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi “KİA” markalı avtomobildən altı kiloqrama yaxın qurudulmuş marixuana və 700 ədəd psixotrop tərkibli metadon həbi aşkar olunaraq götürülüb.

F.Bağırlı ondan aşkar olunan narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb və pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button