İspan arxeoloqlar Kova-Dones mağarasının sirrini açıblar

İspaniyanın Saraqosa Universitetinin arxeoloqu və baş müəllimi Aytor Ruis-Redondonun sözlərinə görə, paleolit dövrünə aid hər hansı kolleksiyanın aşkar olunması nadir hadisədir. Bütün dünyada indiyədək cəmi 400-ə yaxın abidə tapılıb. Amma 24 min il bundan əvvəl ortodoksal olmayan metodlardan istifadə edilməklə və kimyaçıların uğuru sayəsində mağarada qorunub saxlanılan 100-dən artıq tarixə qədər dövrə aid motivlərə rast gəlmək sadəcə qeyr-adi hal sayıla bilər.

Polise.az  xarici KİV-ə istinadla xəbər verir ki, söhbət İspaniyanın şərq sahillərinə yaxın Valensiyada yerləşən Kova-Dones mağarasından gedir. Halbuki, bu ölkənin qədim tarixini əks etdirən abidələrin böyük əksəriyyəti, o cümlədən məşhur Altamira qayaüstü rəsmləri şimalda yerləşir. Ruis-Redondonun və həmkarlarının ilk dəfə 2021-ci ildə tədqiq etdikləri Kova-Dones azı 110 rəsm, qravüranın olduğu məkandır. Motivlərin əksəriyyəti heyvan təsvirləridir; dişi xeyirxah maral, vəhşi atlar və indi nəsli kəsilmiş öküzlər.

Oxra və manqanla çəkilən başqa paleolit rəsmlərdən fərqli olaraq, Kova-Dones mağarasındakı təsvirlərin çoxu gildən hazırlanıb və kimyəvi yolla konservasiya edilib.

Karst mağarasının divarları və içərisindəki su karbonat kalsit, təbii rəng qarışığı ilə zəngindir. Görünür ki, qədim insanlar rəsmləri çəkərkən onlardan istifadə ediblər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button