DİN: Ötən gün 98 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 1-də ümumi çəkisi 98 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az-a verilən məlumata görə, 5 kiloqramdan artıq heroin, 92,8 kiloqrama yaxın marixuana, 260 qrama yaxın metamfetamin, həmçinin 50 metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button