Gömrük əməkdaşları bu hallarda aşağı vəzifəyə keçiriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinin aşağı vəzifəyə keçirilməsinin hüquqi əsasları dəqiqləşdirilir.

Polise.az xəbər verir ki, təklif olunan dəyişikliklərə əsasən, əməkdaşlar üç halda aşağı vəzifəyə keçirilə biləcəklər:

Ştatların ixtisarı nəticəsində onları bərabər vəzifəyə keçirmək mümkün olmadıqda;

Attestasiyanın nəticələrinə görə tutduqları vəzifəyə uyğun gəlmədikləri müəyyən edildikdə;

İntizam tənbehi qaydasında.

Bu müddəalar “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 53-cü maddəsinin yeni redaksiyasında əksini tapır.

Beləliklə, gömrük əməkdaşlarının aşağı vəzifəyə keçirilməsi üçün nəzərdə tutulan hallar qanunvericilikdə konkretləşdirilir.

Qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button