Gömrük əməkdaşlarının başqa işə keçirilməsində razılıq prinsipi tətbiq olunacaq

Gömrük orqanlarının vəzifəli şəxslərinin başqa işə keçirilməsi zamanı razılıq məsələsinə dair yeni müddəalar müəyyən edilir.

Polise.az xəbər verir ki, bu təklif olunan qanun dəyişikliyinə əsasən, ailə vəziyyəti və səhhətlə bağlı səbəblərlə başqa işə keçirilmə əməkdaşın razılığı əsasında həyata keçiriləcək.

Eyni zamanda, yuxarı vəzifəyə keçirilmə də bu qaydaya daxil edilir.

Əsasnamənin yeni redaksiyasında tibb komissiyasının rəyi əsasında səhhətə görə, ailə vəziyyətinə görə və yaş həddinə görə başqa işə keçirilmə ayrıca hallar kimi göstərilir.

Dəyişikliklər gömrük əməkdaşlarının vəzifə yerdəyişmələrinin hüquqi çərçivəsini yeniləməyi nəzərdə tutur.

Qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button