Məhkəmə ekspertlərinin ixtisasları və təhsil tələbləri müəyyən ediləcək

“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi təklif olunur.
Polise.az xəbər verir ki, qanun layihəsinə əsasən, məhkəmə ekspertlərinin ixtisasları və həmin ixtisaslar üzrə tələb olunan ali təhsil ixtisaslarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Bununla bağlı qanunun 11-ci maddəsinə yeni cümlənin əlavə edilməsi nəzərdə tutulur.
Dəyişiklik çərçivəsində maddənin birinci hissəsində də terminoloji dəqiqləşdirmə aparılır. Belə ki, “müəyyən ekspertiza” ifadəsinin “müvafiq məhkəmə eksperti” ifadəsi ilə əvəz edilməsi təklif olunur.
Layihə məhkəmə ekspertlərinin ixtisaslarının və həmin sahələr üzrə tələb olunan ali təhsil tələblərinin müəyyənləşdirilməsini nəzərdə tutur.
Qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Polise.az



