7 yaşında qaçqın kimi tərk etdiyi evinə qalib əsgər kimi döndü
Qələbələrimiz artdıqca könlümüzü, gözümüzü sevindirən görüntülər də artır. Sosial şəbəkələrdə 7 yaşında qaçqın düşərək ailəsi ilə doğma kəndindən getmiş və indi o kəndə qalib zabit olaraq qayıtmış azərbaycanlı hərbiçinin fotoları yayılıb.
Azərbaycan Ordusunun mayoru Camal Qəmbərovun 27 ildən sonra doğulduğu Cəbrayıl rayonunda, doğma həyətlərində şəkil çəkdirib.
Zabit öz bağının barını dərir. əslində bu şəkil ikinci bir mesajı da verir. Günlərlə çəkilən əziyyətin bəhrəsini yeməkdir bu görüntünün anlamı. İnşallah eyni mənzərə tezliklə Şuaşada, Xankəndində, Laçında, Kəlbəcərdə də qeydə alınacaq.