Rusiya XİN-dən açıqlama
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında Azərbaycan və Ermənistanın Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədiklərini söyləyib.
Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
“Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədi. Aktiv hazırlıqlar davam edir”, – deyə o bildirib.