Türkiyə ilə Yunanıstan arasında növbəti siyasi dialoq toplantısı keçiriləcək
Martın 11-də Türkiyə ilə Yunanıstan arasında növbəti siyasi dialoq toplantısı keçiriləcək.
Polise.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata əsasən, Ankarada baş tutacaq toplantıda Türkiyə və Yunanistanın xarici işlər nazirlərinin müavinləri Burak Akçapar ilə Alexandra Papadopoulou görüşəcək.
Görüşlərdə ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Polise.az