ABŞ-də TARİXİ HADİSƏ: Senata ilk dəfə müsəlman SEÇİLİR

Demokratlar Partiyasının nümayəndəsi Əbdül Əl-Sayed Miçiqan ştatında keçirilən seçkilərdə qələbə qazandığını elan edib.
Polise.az xəbər verir ki, nəticələr rəsmi təsdiqini taparsa, o, ABŞ Senatının tarixində ilk müsəlman senator olacaq.
Bülletenlərin 79%-i hesablandıqdan sonra Əl-Sayed rəqibi, respublikaçı Mayk Rocersi 5 faiz bəndi qabaqlayır.
Lakin yekun rəsmi nəticələr hələ elan olunmayıb.
Əbdül Əl-Sayedin namizədliyi Demokratlar Partiyası daxilində böyük qarşıdurmaya səbəb olub.
Solçu baxışları və İsraili kəskin tənqid etməsi partiyada narazılıq doğurub.
Hətta səsvermədən öncə praymerizdə Əl-Sayedə məğlub olan konqresmen Heyli Stivens gözlənilmədən respublikaçı rəqib Mayk Rocersi dəstəklədiyini bəyan edib.
Partiya daxilindəki böyük skandala və xəyanətə baxmayaraq, Əl-Sayed Senat uğrunda yarışda öndə getməyi bacarıb.
Polise.az



