Əli və onun boksevərləri nə istəyir – Rauf Arifoğludan sərt yazı

Köpək sürüsü!
Hürüşmə. Zingilti. Zırıltı.
Təhdid və şantaj, söyüş və hədə. Tüpürcək. Defekasiya…
Əli Kərimlinin müdafiəsi adı ilə ortada elə bir səhnə var ki!
Bax, buna görə deyirdim ki, bu adam hakimiyyətə gəlsə, fəlakət olar, yeni bolşevizm hərəkatı ölkənin altını-üstünə çevirər. Bunlar ağızları ilə danışmırlar, sanki nəcis boşaldırıar.
Maraqlı detal: həbsə düşməsi səbəbindən indi məzlum görünən Əli Kərimliyə məndən (!) qoruyurlarmış kimi dəstək verənlərin içində mədəni yazanlar, ağızları ilə defekasiya etməyənlər birmənalı olaraq cəbhəçi olmayanlardır. Onların da yazılarını oxuyuram, irad və qınaqlarını gözdən keçirirəm. Nə qədər sərt olsa da, mühacirətdəki və yerli AXCP-çilər kimi fikir nəcisli deyillər.
Onlar da yanlış anlayıblar. Ya da onlara, elə hər kəsə belə rahatdır. Hər şeyə görə Rauf Arifoğlunu suçlamaq, söymək, təhqir etmək. Mən nə etmişəm axı?! Telefonuma təhdid və söyüş göndərən kərimovçu əclaflar da yox deyil. Dinləyirəm. Şükür edirəm. İlahi, nə yaxşı bu siyasi yamyamlar hakimiyyətdə deyillər!
Əli ilə aramız çox zaman düşməncə olub. Amma adam xəstə dərəcədə praqmatikdir. Özünə sərf edən kimi düşməni ilə də barışır. Bunun üçün hər şey edir. Belə bir cəhdi 2011-ci ildə etmişdi.
Bizi Qənimət Zahid barışdırdı. Onun Bayıldakı təkqatlı, gecəqondu kimi evində görüşdük. Süfrədə paxlava da vardı. Çox sərt olduğu yadımdadır, çay qaşığı ilə iki cəhddə kəsə bilməmişdim…
Çayımızı içə-içə danışdıq. Əli hər zaman istəyirdi və dostlaşanda da açıq şəkildə üzümə deyirdi ki, mən İsa Qəmbərin yox, onun yanında olum. “Azadlıq” qəzetinin rəhbərliyini də yüksək səlahiyyətlə mənə təklif edirdi. (Pul təklifi olmayıb.) Bu barədə əvvəllər də yazmışdım. Deyirdi ki, sən və Sülhəddin Əkbər mənim yanımda olsanız, mən İsanı “yeyəcəyəm”, məcbur o da mənə dəstək olacaq. “Kəfəni geyinib düşmüşəm də qabağa, o qorxaq İsada nə görmüsünüz, gəlin məni gücləndirin”.
İsa dediyi o zaman üçün müttəfiqi, Müsavat Partiyasının başqanı İsa Qəmbər idi. Zamanında Elçibəyə qarşı etdiyi əməliyyatı indi İsaya qarşı qurmuşdu. Ayağının altını eşib, İsanın “boyunu” kiçiltmək və nəticədə müxalifətin əsas lideri olmaq. Bu iddia ilə 1995–2000-ci illərdə hakimiyyətlə separat danışıqlara da getmiş, Kələkidə olan liderini satmışdı. O zaman nazir Fərhad Əliyev Cəmil Həsənli vasitəsilə “Yurd” adlanan kərimovçu təşkilata böyük pullar axıdırdı. Onu deputat seçmişdilər. Elçibəylə İsa Qəmbərin arasına pərçim edib, müxalifətin birləşməsinə imkan vermirdilər. Əlidən istifadə olunurdu, o da bunun üçün Ramiz Mehdiyevə tutduq vermişdi…
Burada kadrları geri çəkək və Qənimətin gecəqondu evinə dönək. Əli Kərimli küt qaşıqla özünə düşən paxlavanı kəsmiş, onu doğrayaraq çayını içirdi. Ağzı boşalan kimi hərarətlə anlatmağa başladı. Bizim əslində bütün göstəricilərə görə müttəfiq olmalı olduğumuzu arqumentləşdirir, məni olmazın dərəcədə tərifləyirdi.
Ona o qədər qəzəbli idim ki! Özünün faktiki rəhbəri olduğu “Azadlıq” qəzetində elə həmin gün barəmdə dörd təhqiramiz yazı çıxmışdı, onu xatırlayıram. Dedim: “Əli bəy, Allaha şükür edirəm ki, Heydər Əliyevin oğlu sən olmadın. Əlində bir-iki qəzet var, nəslimi-kökümü söydürürsən, məni Vətən xaini çıxartmısan”.
Bəli, 16 il qabaq da belə idi! Məni hədəfə qoymuşdu. Sadəcə, o zaman sosial media yox idi, yalnız qəzetlər vardı. Davam edərək dedim: “Sən prezident olsan, məni elə ilk gün Matros Faiqə (köməkçisi) güllələtdirərsən”.
Heyrətlə, çaşqınlıqla dinlədi…
İzahat verdi. “Mən mənimlə olmayanları qorumağa məcbur deyiləm”, dedi…
Müsavat Partiyası ilə həmin vaxt aram yaxşı deyildi. 2008-ci ilin prezident seçkisindən sonra Yeni Müsavat qəzetini qərargahdan qovmuşdular. Mən də yeni redaksiya köçmüş, amma Müsavatla münasibətləri bitirməmişdim. Dostlarımın kürəyimi xəncərlədikləri zamanlar idi.
Özümdə tapdığım praqmatizmlə qərar verdim. Barışdıq. Sürətlə də dostlaşdıq. İctimai Palata qurulmuşdu. Mənə ciddi dəstək verdi, bütün cəbhəçiləri təlimatlandırdı. Müsavat Partiyasının rəhbərlərindən bəzilərinin əleyhimə açıq çıxışlarına rəğmən müxalifətin üst qurumu olan təşkilatın 17 rəhbərindən biri də mən oldum.
İndi deyirlər ki, o sənə ürək sözlərini niyə deyirdi, səninlə niyə məsləhətləşirdi?
Yaxın idik. Birlikdə yemək yeyir, danışır, yazılar və müsahibələr planlayırdıq. Ən əsası, onun məndən gözləntisi vardı. Düşünürdü ki, hakimiyyətin bir qoluna çıxışım var, onu da həmin qola çıxaracağam. Bu da itmiş əlaqələrini, sistem müxalifəti statusunu və deputat mandatını bərpa edəcək.
Bu barədə yazmışam. Dəfələrlə. İstintaqda da ifadəmin bir fraqmenti bu barədədir. “Sultan” adlı restoranda “Məni Usubova, Mehdiyevə çıxart, danışım onlarla”, dedi. İfadəmdə də yazdığım kimi, “Deyəsən, ‘Azadlıq’da yazdırdıqlarına özün də inanırsan”, dedim. Çəmkirdim. “Mənim onlarla nə işim? Mahal İsmayıloğlunun xahişinə getmişdim. Eldar Mahmudov DİN-in qapısından çıxanda məni çəkdirib “Azadlıq” qəzetinə yollayıb, siz də yaymısınız. İki nazirin bir-biri ilə davasıdır. Mahmudov məni yox, Usubovu “ifşa” edirdi ki, radikal müxalifətin qəzet redaktoru ilə gizli görüşür…”
Çəmkirməyim onu pərt etdi. “Yox, sən səhv anladın”, deyə boğazını arıtdı. Həyəcanlananda, ya da içindən gəlməyən bir çıxışa başlamazdan öncə iniltiyə bənzər səslə boğazını arıtlamaq adəti var. Təxminən kənd toylarında zurnaçının qısıq nəfəslə zurnasını kökləməsi kimi…
Davam etdi: “Mən demirəm ki, özümü onların xidmətinə verim. Usubov narazıdır, kürəkənini Əyyubovun qardaşı oğlu güllələyib. Ramiz Mehdiyev də Usubovla eyni adamdır. Hakimiyyətin içindəki bu qanadla birləşək, güclənək, İlhamı devirək…”
Bu qədər. Bütün bunları, digər söhbətlərimizin hamısında olduğu kimi, zamanında başqanım İsa Qəmbərə (2012-nin əvvəlində onunla da barışmışdım, eyni Palatada idik) rapor etmişəm. O zaman yaxın olduğum başqa liderlər də bu hekayəni təfsilatı ilə bilirlər.
İstintaqdakı ifadəmdə bu səhnəni bu qədər detallı yazmamışam. Onun onsuz da ağır olan durumunu daha da ağırlaşdırmadan, bunun üstündən keçməyi üstün tutmuşam.
İstintaqa verdiyim ifadə mətbuatda açıq yazdığım Milli Şura və Azərbaycana qarşı Rusiya layihəsi, Milli Şura rəhbərlərinin Rusiya xüsusi xidməti ilə birlikdə 2013-cü il prezident seçkiləri vasitəsilə ölkəmizdə hakimiyyət dəyişikliyinə nail olmaq planları barədə yazdığım yazılarla bağlıdır. Bütün bunları da haradansa eşitməmişəm! Proseslərdə, müzakirələrdə və yol xəritəsinin hazırlanmasında iştirakçı olmuşam. İlk gündən də Milli Şura layihəsinə qarşı olmuş, bunu xəyanət layihəsi adlandırmışam. 2019-cu ilin sentyabrında verdiyim “Azlogos” müsahibəsində isə bu barədə ətraflı danışmışam. İstintaqa çağırılmağımın, ifadəmin alınmasının səbəbi budur.
Mənə irad tuturlar: bu barədə niyə hüquq-mühafizə orqanlarına rəsmi müraciət etməmişəm? Buna görə özüm də “cinayəti bilib, xəbər verməmək” səbəbindən məsuliyyət daşıyıram.
Hər şeyi dərhal, bütün açıqlığı ilə yazan, iclaslarda kameralar qarşısında çıxış edən bir jurnalistə belə irad tutmaq gülüncdür.
Mənim əlimdə ölkənin ən böyük media platforması var. Orada hər şeyi açıq-açıq yazmışam, imzamı da qoymuşam. Götürüb bir məktub da Zakir Qaralova yazmalı idim? Kor idi? Görmürdü? (Həm də bu Qaralov 2000 və 2003-cü illərdə məni iki dəfə həbs eləmişdi.)
Obyektivlik naminə bir məsələni də deyim: 2013-dəki yazılarımda yalnız Əli Kərimlini suçlu göstərməmişəm. Cəmil Həsənlini də, Milli Şuranın əsas memarlarından olan Eldar Namazovu da, Eldəniz Quliyevi, digər Milli Şura rəhbərlərini də 2013–2019-cu illər arasında tənqid etmiş, suçlamışam.
Ötən ilin 25 noyabrında DTX-ya istintaqa çağırılanda orada Eldar Namazovu da gördüm. Danışdıq. Əmin idim ki, onu da saxlayacaqlar. Amma istintaq hörmətli Eldar bəyi şahid qismində cəlb etməyə üstünlük verdi. O da getdi, məhkəmədə yumşaq ifadə verdi. Nə etməli idi? Deməyəcəkdi ki, iddialar doğrudur, Əli Kərimlini tutmusunuz, amma sağ tərəfi boşdur, məni də yanına salın…
Bu hekayədən ortaya çıxan nəticə budur: Əli Kərimli çoxdanın yaramazı, naqisi və xainidir. Öz lideri Elçibəyə, müttəfiqi İsa Qəmbərə, onun dediyini deməyən əski dostlarına oyun quran, xəyanət edən, onları öncə mətbuatda, daha sonra sosial mediada linç etdirən “гнида”dır!

“Əli Kərimlinin üzünə durmuşam” deyənlərə sözüm budur: bu adamın üzü var ki, üzünə də duram? Bu adam insanlığını və üzünü Elçibəyə xəyanət edəndə, onun təşkilatını ələ keçirəndə, Fərhad Əliyevdən milyonlar, Ramiz Mehdiyevdən deputat mandatı alanda itirib.
Əli Kərimli 2020-ci il noyabrın 8-dən başlayaraq Azərbaycanın Zəfərinə qarşı çıxması, onu gözdən salmağa cəhd etməsi, Zəfəri qazandıran Ali Baş Komandana “Xankəndini Rusiyaya verib, yarımçıq qələbəni Azərbaycana sırıyan” deməsi və Ermənistan mediasına manşet olması ilə faktiki olaraq vətənə xəyanət etmiş birisidir.

Bu adam Azərbaycan siyasətinin tualetidir. Nəcis iyini sevən, poxsevər hər kəsi də başına yığıb, toxunduğu hər şeyi və hər yeri murdarlayır.
Onun başına yığışanların kim olduğunu hər kəs görür. Zorakı, təhdidkar, söyüşçü, fikir və sözləri ilə ekskresiya edən zombilər.
Belə birinə nə etsəm, azdır. Azərbaycanı bu yaramazlardan qorumaq və təmizləmək lazımdır!
Qeyd: Yazılarım davam edəcək. Növbəti yazımda Əli Kərimli və dəstəsinin ölümünə 1 ay qalmış Elçibəy barədə yazdıqları həqarət, etdikləri yaramazlıq haqqındadır. Bir də 1997-ci ilin avqustunda Kələkidə, Əbülfəz Elçibəylə onun (Əli) barəsində etdiyim özəl söhbətləri açacağam. Sübutlarla, şahidlər və detallarla. Yer yerindən oynayacaq.
Rauf Arifoğlu, Əməkdar jurnalist



